Antalya şəhərinin Korkuteli rayonunda yedikləri yeməkdən zəhərlənən 61 tələbə xəstəxanaya yerləşdirilib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, tələbələrin halı yataqxanada verilən axşam yeməyindən sonra pisləşib.

Onlar qarın ağrısı və mədə bulantısı şikayəti ilə Korkuteli Dövlət Xəstəxanasına müraciət edib.

Tələbə yataqxanasının su və yeməklərindən nümunə götürülüb.

Tələbələrin vəziyyətinin yaxşı olduğu bildirilib.

Gülnar Qafarlı