ABŞ-ın Vaşinqton ştatının Redmond şəhərində altıncı mərtəbədən yıxılan uşaq təsadüfən sağ qalıb.

Open.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə KİRO telekanalı məlumat yayıb. Hadisə aprelin 10-da baş verib.

Polisin məlumatına görə, 1 il səkkiz aylıq uşaq yataq otağında tək, anası və bacısı isə digər otaqda olublar.

Uşaq otağın açıq qalan pəncərəsinə qalxıb və oradan yıxılıb.

Avtomobilin üzərinə düşən uşaq ciddi xəsarət alıb. Həkimlər xəstəxanaya yerləşdirilən uşağın vəziyyətini stabil-ağır kimi qiymətləndiriblər.

Gülnar Qafarlı