Hindistanın şimalında 50-dən çox uşaq meyvədən zəhərlənərək həlak olub.

Open.az xəbər verir ki, bu barədə PTI agentliyi məlumat yayıb.

Hadisənin Bihar ştatında son on gün ərzində baş verdiyi bildirilib.

Meyvədən zəhərlənən uşaqlar kəskin ensefalit sindromu, qanda qlükoza səviyyəsinin azalması kimi simptomlarla xəstəxanaya yerləşdiriliblər.

Gülnar Qafarlı