Türkiyənin Kahraman Maraş şəhərində yaşayan 125 yaşlı Eşe Gelebek dünyada koronavirusa qalib gələn ən yaşlı insan olaraq tarixə düşüb.

Open.az xəbər verir ki, Eşe Gelebek 1894-cü il iyulun 1-də anadan olub. 40 gündən sonra 126 yaşına qədəm basacaq nənənin 13 uşağı, 400 nəvəsi var.

Aprelin 20-də yüksək hərarətlə xəstəxanaya aparılan 125 yaşlı nənəyə koronavirus diaqnozu qoyulub. Bir həftə reanimasiyada müalicə alan Eşe nənə dünya üzrə koronavirusdan sağalan ən qocaman insandır.

Beləliklə də Eşe Gelebek 113 yaşlı ispan Mariya Branyasın rekordunu əlindən alıb.

125 yaşlı Eşe nənənin gəlini Məryəm Gelebek mətbuata açıqlamasında deyib ki: "30 ildir birlikdə yaşayırıq. Qayınanam gəncliyindən təbii qidalarla bəslənib. Hər gün inək südü içir, qatıq və pendir yeyir. Şükürlər olsun ki, bu yaşına qədər şəkəri, qan təzyiqi yoxdur. Ürəyi sağlamdır. Ona görə də virusa qalib gələ bildi".

Ülviyyə Həsənqızı

400 nəvəsi olan 125 yaşlı nənə koronavirusa qalib gələn ən yaşlı insan oldu400 nəvəsi olan 125 yaşlı nənə koronavirusa qalib gələn ən yaşlı insan oldu