Özünü Həzrəti İsanın yenidən vücud tapmış halı olaraq qələmə verən, 30 ildir dini təriqət quraraq fırıldaqçılıqla məşğul olan keçmiş polis işçisi Sergey Torop həbs edilib.

Open.az xəbər verir ki, xüsusi təyinatlı dəstə Sergey Toropu Sibirdə ələ keçirib.

Əməliyyat zamanı dörd helikopter və silahlı xüsusi dəstə üzvləri Sergey Toropla birlikdə onun iki müridini də həbs ediblər.

30 ildir özünü İsa Peyğəmbər adlandıran təriqət lideri həbs edilib

Rusların "Vissarion" kimi tanıdıqları dini təriqət lideri Sergey Toropun 59 yaşı var. 1989-cu ilə qədər yol polisi (milis) kimi fəaliyyət göstərən fırıldaqçı "din xadimi" 1991-ci ildə "mənəvi oyanış" hiss etdiyini iddia edərək "Kilsə" yaradıb.

Krasnoyarsk vilayətində çoxsayda "müridlər"i olan Sergey Torop: "Mən Tanrı deyiləm. İsanı da Tanrı kimi görmək doğru deyil. Mən Tanrının yaşayan kəlamıyam. Tanrı söyləmək istədiyini mənim vasitəmlə dilə gətirir. Dünyanı İsa, Rusiyanı isə Məryəm Ana idarə edir. Mən isə İsanın özüyəm " söyləyib.

30 ildir özünü İsa Peyğəmbər adlandıran təriqət lideri həbs edilib

Qeyd edək ki, Sergey Toropun rəhbəri olduğu dini təriqətin üzvləri veqandır. Onlara pul ilə alış-veriş etmək qadağan edilib. Sadə libaslar geyinən təriqət nümayəndələri üçün tarix 1961-ci ildən, yəni Sergey Toropun doğum ilindən başlayır.

Təriqət üzvləri Yeni il bayramını Sergey Toropun doğum günü -14 yanvarda qeyd edirlər.

Ülviyyə Həsənqızı

30 ildir özünü İsa Peyğəmbər adlandıran təriqət lideri həbs edilib