Türkiyənin İzmir şəhərində dayə 3 yaşlı uşağı burnundan qan gələnə qədər döyüb.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, sözügedən anlar evin təhlükəsizlik kameralarına qeyd olunub.

Evin sahibi dayənin telefon və 7800 TL oğurladığını, qaçdığını da iddia edib: "Mən övladlarıma həm ana, həm də atam oldum. Onların qayğısına qalmaq üçün dayə ilə bir müqavilə bağladım. Təxminən bir il yanımızda qaldı. Evim kameralarla təchiz edilmişdi, ancaq ona güvənəndə kamera görüntülərinə bir müddət baxmağı dayandırdım. Bu hadisələrdən sonra əşyalarını toplayaraq qaçdı. Ona qarşı cinayət işi qaldırdım. Qısa müddətdə tutulmasını istəyirəm".

Hadisə ilə bağlı istintaq başladılıb.

Gülnar Qafarlı