Türkiyənin Bingöl vilayətində məktəblərdən birində 27 şagird xəstəxanaya yerləşdirilib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, onların civədən zəhərləndiyi ehtimal olunur.

27 şagirddən 5-i birbaşa civə ilə təmasda olduqları üçün Elazığa sövq edilib.

Məlumata görə, sentyabrın 16-da şagirdlər məktəbdəki şkafda olan civəni oyun xəmiri zənn edərək oynayıb.

Hadisə ilə bağlı istintaq başladılıb.

Gülnar Qafarlı