Belarusun Staroe Selo bölgəsində ailəsi və dostları ilə 21 yaşını qeyd edən Yulia Şarkom adlı qadın qəza nəticəsində faciəvi şəkildə həyatını itirib.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə avqustun 31-də baş verib.

Gənc ana 2 yaşlı övladını avtomobilin ön oturacağının yarıaçıq pəncərəsindən bayıra çıxarmağa çalışarkən, uşaq maşının bağlama düyməsinə toxunub. Boynu şüşəylə maşının arasında qalan ana boğulub.

İki uşaq anası qadının həyat yoldaşı Artur Şarkom arvadını huşsuz halda tapıb. O, yoldaşını xilas etmək üçün şüşəni sındırıb.

Qadın xəstəxanaya aparılsa da, 8 gün sonra orada dünyasını dəyişib.

Gülnar Qafarlı

2 yaşlı uşaq anasının ölümünə səbəb oldu - FACİƏ

2 yaşlı uşaq anasının ölümünə səbəb oldu - FACİƏ