ABŞ-da faciəli hadisə baş verib. Marley Grace Wilander adlı 17 aylıq balaca ailəsi ilə birlikdə qonaq getdiyi evdə pitbull cinsli iki itin hücumuna məruz qalıb.

Open.az xəbər verir ki, pitbull cinsli itlərin nə qədər vəhşi olduğu çoxlarına məlumdur. Belə itləri bəsləmək, saxlamaq, onları açıq vəziyyətdə həyətə buraxmaq olduqca təhlükəlidir.

Qonaq getdikləri evin sahibinin iki köpəyinin hücumuna məruz qalan balacanı, itlərin dişindən xilas etmək mümkün olmayıb. Bir anda uşağa hücum edən vəhşi itlər 17 aylıq körpəni parça-parça ediblər.

Ülviyyə Həsənqızı

17 aylıq uşağı itlər parçaladı