Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə bu gün Rusiyaya işgüzar səfərə yollanacaq.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, Ərdoğan Rusiya səfərindən öncə açıqlama verib.

"ABŞ ilə gəldiyimiz razılığa görə, bölgədəki bütün terrorçuların çıxarılması üçün bu gün son gündür. Müddət 22:00 etibarı ilə bitir. ABŞ-ın ölkəmizə verdiyi sözlər tutulmazsa çox böyük qətiyyətlə davam edəcəyik. Ölkəmizdə qonaq etdiyimiz Suriyalı qardaşlarımızı inamla ölkələrinə göndərmək də digər bir hədəfimizdir. Suriyanın şimalında təhlükəsizlik artdıqca geri dönüşlər də artacaqdır".

Gülnar Qafarlı