Planetin ən uzunömürlü insanı olaraq adı Ginnesin rekordlar kitabına salınan yaponiyalı Kane Tanakanın 117 yaş 226-cı günü tamam olub.

Open.az xəbər verir ki, bu barədə Yaponiyanın NHK telekanalı məlumat yayıb.

O, bu göstərici ilə hazırda həyatda olmayan digər yaponiyalı Nabi Tajimayanın rekordunu təzələyib.

Kane Tanaka adlı qadın 1903-cü il yanvarın 2-də Tokioda anadan olub.

O, 1922-ci ildə ailə qurub, dünyaya dörd uşaq gətirib.

Qeyd edək ki, Yaponiya uzunömürlülərin sayına görə dünya lideri sayılır.