Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlər zamanı 10 erməni hərbçisi yaralanıb.

Open.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan açıqlama verib.

O bildirib ki, hərbçilər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hərbçilərin birinin vəziyyəti ağır, beşinin vəziyyəti isə orta-ağır qiymətləndirilir.