"YouTube" platformasında saatların necə keçdiyini hiss etməmək mümkündür. Lakin yuxuları, film və videolara dəyişmək sağlamlıq üçün heç də yaxşı deyil.

Open.az xəbər verir ki, bu faktı nəzərə alan servis, funksiyaları siyahısına sizə platformadan yetəri qədər istifadə etdiyinizi və artıq yuxunuzu almağın əsl vaxtı olduğunu xatırladan bildiriş əlavə edib. .

Qeyd edək ki, sözügedən bildirişi istifadəçi istəyinə uyğun olaraq tənzimləyə biləcək. Əlbəttə ki, bildirişi rədd edərək, video və ya filmi izləməyi davam edə bilərsiniz.

Yenilik artıq "Android" və "iOS" bazalı cihazlar üçün artıq əlçatandır. Yaxın günlərdə isə yenilik bütün cihazların üzərinə tətbiq ediləcək.