"YouTube" video platformasının uşaq videolarından əvvəl reklamlardan hər il 50 milyon dollar qazandığı ortaya çıxıb.

Open.az "Bloomberg"ə istinadən xəbər verir ki, "YouTube" gəlirinin on faizini uşaq videolarının reklamından əldə edir. Uşaq videolarından əvvəl oyuncaqlar, rəngləmə kitabları və dəftərxana ləvazimatları kimi reklamlar məqsədli şəkildə nümayiş olunur.

ABŞ hökuməti rəqəmsal media nəhənglərinə təzyiqləri artırıb və Federal Ticarət Komissiyası "YouTube"u platformasına yeni dəyişikliklər etməyə məcbur edib.

"YouTube" sözügedən mövzuda cəzalandırmaqdan qorxduğu üçün reklamları göstərməməyə qərar verib.

Buna görə də bu il platformadan 800.000 videonu silib.

Gülnar Qafarlı