"YouTube", kontentə nəzarət üçün moderatorların sayını artıracaq. Bu barədə "Financial Times"a, "YouTube" servisinin nümayəndəsi Nil Moxan məlumat verib.

Open.az xəbər verir ki, pandemiya dövründə "YouTube" moderatorların işinin həcmini nəzərə alaraq, kontentin yoxlanılmasının süni intellektə həvalə etmişdir.

Məhz bu səbəbdən, bir müddət sonra platformadan ümumi olaraq 11 milyon video silinmişdir. Lakin, onların 160 mini yenidən appelyasiya qərarı ilə servisə yayımlanması üçün geri qaytarılmışdır.

Qeyd edək ki, "YouTube" adətən 25% bu tip qərarları geri çevirdiyi halda, bu dəfə süni intellektin səbəb olması ilə əksəriyyət tələbləri nəzərə almışdır.