"Google" şirkəti sahibi olduğu "YouTube"dakı kliplərdə reklam olunan malların satışını da təşkil etmək istiqamətində hazırlıq işləri aparır.

Open.az "Bloomberg"ə istinadən xəbər verir ki, mənbələrə görə, "YouTube"da reklam olunan malları 2Google"un müvafiq alətləri vasitəsilə satışa çıxarmaq nəzərdə tutulur.

Belə ki, həmin mallara baxış keçirmək, sonra isə alış-verişə başlamaq üçün müvafiq proqram təminatı hazırlanaraq işə salınacaq.

Hazırda həmin funksiyaların məhdud sayda kanallarda sınaqları aparılır.