Alimlərin ən son apardıqları müşahidələrə əsasən Yer kürəsinə stadion ölçülü "2020 XU6" astereodin yaxınlaşdığı bildirilir.

Open.az xarici mənbələrə istinadən xəbər verir ki, kosmik obyektin ölçüsü 213 metr olub, planetimizə 4 milyon km məsafəsində yaxınlaşacaq.

Bu gün isə Yer kürəsinin yaxınlığından: 23 metr ölçülü "2020 BV9" və 40 metrlik "2021 CC5" asteroidləri 6,9 milyon km məsafəsindən ötüb-keçəcəklər.

Qeyd edək ki, dünən Yer planetinin yaxınlığından: 10 və 61 metr ölçülü "2021 DD1" və "2021 DK1" asteroidləri keçib.