"Huawei P40", "Huawei P40 Pro" və "Huawei P40 Pro+" smartfonlarında səs asistentini istifadəyə verib.

Open.az saytı "XDA-Developers" forumuna istinadən xəbər verir ki, yenilik hələ Böyük Britaniya, İspaniya, Fransa, Çili, Meksika və Kolubmiya ərazisində işləyir.

Qeyd edilən ölkələrdən birində əgər yaşamırsızsa belə, lokasiyanı dəyişərək "Celia" səs asistentini yükləyə və asistentin köməyindən istifadə edə biləcəksiniz.

Qeyd edək ki, "Celia" - 3 dildə danışa (ingilis, fransız, ispan), zəng edə, ismarıc göndərə, təqvimdə qeydlər apara, tərcümə və kamera ötürücüsünü işə sala bilir.