"Facebook" təchizatçılarının verdiyi məlumata əsasən "İnstagram" və "Facebook Messenger" platformalarında istifadəçilər özü silinən ismarıclar göndərə biləcəklər.

Open.az xəbər verir ki, "Vanish Mode" rejimi sayəsində, həmsöhbətlərdən biri çatı tərk etdiyi halda, ismarıclar avtomatik surətdə silinəcək. Əgər çatda mövcud ismarıclar, iki istifadəçidən biri tərəfindən skrin edilərsə, dərhal digər şəxsə bu barədə bildiriş göndərilir.

Qeyd edilir ki, sözügedən funksiya ABŞ ərazisində "Facebook Messenger" tətbiqi üçün əlçatandır. Son məlumata əsasən "İnstagram" sosial şəbəkəsində isə "Vanish Mode" rejimi yaxın zamanlarda istifadəyə veriləcək.