"Apple" brendinin məşhur qulaqcıqlarının bənzəri "Airs Pro" təqdim edilib.

Open.az xəbər verir ki, təqdim edilən qulaqcıqlar "Apple AirPods Pro-nun" bənzəri olmasına baxmayaraq, alıcılar tərəfindən çox bəyənilir. İstehsalçının sözlərinə görə, qulaqcıqlar eyni ilə orijinal versiyaya xas dizaynda tərtib olunub.
Qulaqcıqlar - sensor idarə, 5-ci nəsil "Bluetooth","Hi-Fi" səsləndirmə ilə təchiz olunub. Bundan əlavə smartfona təcili qoşulma, "AAC" kodek dəstəyi və iOS-cihazlarına qoşulduğunda xüsusi bildiriş pəncərələri ilə təmin olunub.
"Airs Pro" qulaqcıqlarında küy-batırıcı funksiya aktiv deyil. Məhsulun satış qiyməti isə 30 ABŞ dolları məbləğində qərarlaşıb.