Yaponiyanın Vstone şirkəti üzü olmayan körpə formasında robot yaradıb.

Open.az Rusiya mətbuatına istinadən xəbər verir ki, insanları qorxutmamaq üçün mühəndislər duyğularını yalnız səsin köməyi ilə ifadə edən "Hiro-chan" adlı robotu təqdim ediblər.

Məlumatda bildirilir ki, robotun yaradılmasında məqsəd yaşlı insanlara gündəlik qayğıların öhdəsindən gəlməkdə yardım etmək, tənhalıq hissini unutdurmaqdır.

Nemət Əlisoy