"Apple" şirkəti iki gün əvvəl "iPhone 12 mini", "iPhone 12", "iPhone 12 Pro" və "iPhone 12 Pro Max" smartfonlarının təqdim edib.

Open.az xarici mənbələrə istinadən xəbər verir ki, təqdimat mərasimini eyni zamanda şirkətin rəqiblərinin belə izlədiyi üçün "alma" məhsullarını tədbirdən sonra "yüngül" tənqid atəşinə tutublar.

"Xiaomi" sosial şəbəkələrdə: "Narahat olmayın #Mi10TPro smartfonunun qutusundan bir heç bir aksesuarı ixtisara salmamışıq" deyə post paylaşıb. Postun yaranma səbəbi isə "Apple" brendinin yeni məhsul qablaşdırılmalarında qulaqlıq və şarj alətini çıxarması ilə əlaqədardır.

"Samsung" isə ilk olaraq 5G şəbəkəyə aid məqamda, "alma" brendinə özünəməxsus ismarıc ünvanlayıb. Şirkətin: "Bəzi insanların sürət ilə hal-hazırda sadəcə salamlaşdığı halda, biz artıq uzun müddətdir ki, onunla dostluq edirik. 5G şəbəkə dəstəyi ilə təchiz olunan "Galaxy" cihazınızı elə indi əldə edə bilərsiniz" kimi istehza ismarıcı yerləşdirilib.

Qeyd etmək gərəkdir ki, bir çox istehsalçılar 5G şəbəkəni dəstəkləyən smartfonları artıq bir neçə müddət əvvəl təqdim etdikləri halda, "Apple" şirkəti hələ indi bu tip şirkətlər sırasına qatılıb. Lakin onu da qeyd etmək gərəkdir ki, bir çox ölkələrdə hələki, 5G şəbəkə standartı dəstəklənmir.