"Xiaomi" brendi, "Black Shark 3s" adlı oyun smartfonu təqdim edib. Yeni model " BlackShark 3" cihazının daha güclü versiyasıdır. Belə ki, cihaz 6,67 düym 120 Hz tezlikli AMOLED displey və gücləndirilmiş xüsusi soyuducu sistem ilə təchiz olunub. Sözügedən yenilik uzun müddət oyun oynadıqda belə smartfonu artıq dərəcədə qızdırılmadan qoruyur.

"Black Shark 3s" oyun smartfonunun əsasında isə Snapdragon 865 çipi çalışır. Lakin smartfonun sözügedən çipin daha yeni versiyasını əldə edəcəyi gözlənilirdi.

Cihaz 65 Vt gücünü dəstəkləyən 4720 mAh həcmli batareya ilə təmin edilib. Kameralara gəldikdə, selfi 20 MP, əsas kamera isə 64 MP, 13 MP və 5 MP-lik ötürücülərdən ibarət olacaq.

Yenilik, Çində 565 ABŞ dolları məbləğində satışa çıxarılacaq. Smartfonun Çindən kənarda satışı ilə bağlı məlumat hələ paylaşılmayıb.