Bu ayın sonunda "Xiaomi" şirkəti özünün yeni flaqman modeli olması gözlənilən "Mi 9" smartfonunu təqdim edəcək.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, smartfonun yalnız render fotoları mövcud olandan sonra smartfonun real fotosu ortaya çıxıb.

Yayılmış görüntülərdə bir şəxs sözügedən smartfonu öz əlində tutub şəkil çəkməsi nəticəsində modelin fotosu təqdimatdan öncə internetə sızıb.

Sözügedən modelin məhz "Xiaomi Mi 9" smartfonu olması iddia olunur. Bu məlumatı həmçinin smartfonun arxasında olan üçlü kamera və Mi loqosu da təsdiqləyir.

"Xiaomi Mi 9" cihazı 19:9 nisbətli 6.4 düym AMOLED ekran ölçüsü, Snapdragon 855 prosessoru, 3500 mAh batareya, seçimə uyğun olaraq 6,8 və 10 GB RAM, 128, 256 GB daxili yaddaş həcmli, 48 MP + 12 MP + 3D (Time Of Flight) üç arxa kamera və 24 MP ön kamera ilə təchiz olunacaq.

Smartfon MIUI 10, Android Pie əməliyyat sistemində çalışacaq.

Rəsmi açıqlamaya əsasən, "Xiaomi Mi 9" smartfonunun bu ayın sonunda keçiriləcək MWC 2019 sərgisində təqdim edilməsi və modelin göstəricilərindən aslı olaraq qiymətinin 436 dollardan başlaması nəzərdə tutulub.