Bir çox smartfonlarda istehsalçılar korpusun yan tərəflərində çoxlu sayda çıxıntılardan qaçır. Onlar adətən 2 SİM-kart və ya 1 SİM-kart və 1 yaddaş kartlı müxtəlif hibrid slotlar hazırlayır. Bəzi modellər isə ümumiyyətlə yaddaş kartlarını dəstəkləmir. Bu məsələdə də, "Xiaomi" brendi maraqlı bir məhsul hazırlayaraq seçilməyi bacarıb.

Open.az xəbər verir ki, yeni məhsul - 5G şəbəkəni dəstəkləyən SİM-kart və yaddaş kartı olaraq istifadə edilə biləcək adi ölçülü yükləyicidir. Məhsulun patenti artıq əldə edilib. Sözügedən yükləyicinin bir üzündə SİM kart simləri, digərində isə yaddaş çipi olan kompakt mikrosxem yerləşdiriləcək.

Kiçik ölçülərinə baxmayaraq yükləyici; rezerv nüsxələmə, məlumatın ötürülməsi, bərpa funksiyalar ilə təchiz edilərək, zəruri təhlükəsizlik standartlarına cavab verəcək.

"Xiaomi" yeni məhsulun texno-bazarda təqdim ediləcəyi tarixi hələ açıqlamır.