"Xiaomi" şirkəti yeni "iPhone"ları adaptersiz satışa çıxardığına görə "Apple" şirkətini tənqid edib.

Open.az xəbər verir ki, ötən gün “Xiaomi” “Twitter” hesabında yeni məhsulu “Mi 10T Pro” smartfonunun paketdən açılması barədə qısa video paylaşıb.

Videoda smartfonun qutusunda adapterin də olduğu göstərilir və “narahat olmayın, qutudan heç bir şey çıxartmamışıq” yazılıb.

Həmin yazı "iPhone12"nin təqdim olunmasından səhəri günü yerləşdirilərək 5 mindən artıq "like" toplayıb. “Xiaomi” abunəçilərinin əksəriyyəti “Apple” ünvanına rişxəndli və tənqidi rəylər paylaşıblar.

Qeyd edək ki, “Apple” şirkəti bu aydan etibarən smartfonlarını adaptersiz və qulaqlıqsız, yalnız doldurma naqili ilə satmağa qərar verib. Bu qərar ətraf mühitə qayğı məqsədilə zərərli plastik məmulatların ixtisar edilməsi kimi əsaslandırılıb.