Dünya üzrə ən populyar “WhatsApp” messencerinə yeni funksiyalar əlavə olunub.

Open.az xəbər verir ki, ilk funksiya, istənilən söhbət və qrup pəncərəsində seçilən rejimə uyğun olaraq fon şəklinin təyinidir.

Amma bu hələ son deyil. Messencer üçün ən özəl yenilik, istənilən stikeri ümumi siyahıdan yorucu üsulla yox, sadəcə açar söz və ya onu izah edəcək emoji elementinə görə tapa bilməkdir.

Yenilənmə artıq Android və iOS istifadəçilərinin bir hissəsi üçün əlçatan olub, yayılmaqdadır.