"WhatsApp" messencerinin "Android" və "iOS" platformaları üçün təqdim etdiyi son yenilənmədə ən çox gözlənilən funksiya işə düşüb.

Open.az xarici mənbələrə istinadən xəbər verir ki, hal-hazırda messencerə əlavə edilən yeni funksiya sayəsində tətbiqdəki istənilən çatda bildirişləri birdəfəlik söndürmək mümkün olacaq.

Qeyd edək ki, messencerdə "ömürlük" bildiriş söndürülməsi funksiyası hələ iyul ayında Android platformasının beta-versiyasında təqdim olunmuşdur.

Yenilik sayəsində, bildirişləri istifadəçi istəyinə uyğun olaraq; 8 saat, bir həftə və ya birdəfəlik müddət üçün deaktiv edə biləcək.