"WhatsApp" dünyanın ən populyar messenceri olsa da, bu günə qədər krossplatforma dəstəyi ilə təchiz edilməyib. Lakin bu vəziyyət tezliklə dəyişəcək.

Open.az saytı "WABetaInfo" ya istinadən xəbər verir ki, messencerin təchizatçıları xeyli müddət gözlənilən yenilik üzərində çalışırlar.

Belə ki, yenilik sayəsində bir hesab iki fərqli platformada dəstəklənəcək. Hətta "Android" və "iOS" platformalarının arasında messencer üzərindən çatların sinxronlaşdırılması funksiyası belə aktiv ediləcək.

Qeyd edək ki, sözügedən yeniliyə qədər istifadəçilər ödənişli sistemləri seçərək, bu tip manipulyasiyaları həyata keçirməyə çalışırdılar.

Yeni funksiya, ilk olaraq beta-versiya daha sonra isə stabil relizə əlavə ediləcək. Lakin əlavənin təqdimat tarixi hələ açıqlanmır.