"WhatsApp" messencerində yaxın zamanlarda animasiyalı stikerlər peyda olacaq. Bu barədə "WABetaInfo" portalı məlumat verib. Ekspertlər, yeniliyin üç hissədən ibarət olduğunu bildirir.

Open.az xəbər verir ki, birinci mərhələdə istifadəçilər animasiyalı stikerləri görə, daha sonra isə cihazın yaddaşında saxlaya və başqalarına göndərə biləcəklər.

Hal-hazırda təchizatçılar bir qrup istifadəçilər üçün yeniliyin birinci mərhələsini təqdim ediblər. Yenilik, Android 2.20.194.7 və iOS 2.20.70.26 platformalarının beta-versiyaları üçün təqdim edilib. Növbəti mərhələdə isə artıq stikerləri yükləmək mümkün olacaq. Portal məhz bu mərhələdən sonra animasiyalı stikerlərin "WhatsApp Store" - da peyda olacağını qeyd edir.

Günel Gözəlova