Bir müddət əvvəl "WhatsApp" mesajlaşma paltforması yeni qəbul etdiyi qaydaların tətbiqindən imtina edəcəyini açıqladı. Buna səbəb, sosial şəbəkənin milyonlarla istifadəçisini itirməsi idi.

Open.az xarici KİV-nə istinadən xəbər verir ki, mesajlaşma proqramı bu qərarına dəyişiklik edib və istifadəçilərinə gizlilik siyasətinin məcburi yeniləməsi ilə bağlı daha ətraflı məlumat verən xəbərdarlıq mesajı göndərəcəyini açıqlayıb.

İnternet platforması tərəfindən yayımlanan yeni məqalədə "İstifadəçilərə bu yeniləmələri nəzərdən keçirmələrini və “WhatsApp” istifadə etmələrini davam etdirmələri üçün qəbul etmələrini xatırlatmaq istəyirik" kimi sözlərin yer aldığı yazı qeyd edilib.

“WhatsApp”ın rəsmi saytında yayımlanan bu məqalə,sosial şəbəkənin bütün reaksiyalara baxmayaraq, geri çəkilməyəcəyini izah edir.

Xatırladaq ki, əvvəl "WhatsApp" platforması fərdi məlumatların "Facebook"a ötürülməsinə dair istifadəçi razılaşmasına yeni əlavə olunmuş bəndin tətbiqini fevralın 8-nə planlaşdırırdı.