Populyar mesajlaşma tətbiqi "WhatsApp" növbəti yeniliyini test edir.

Open.az xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

"WhatsApp" messencerinin istehsalçıları "Android" platformasının proqram versiyasında "qaranlıq rejim" adlı yeni bir xüsusiyyəti təqdim etməyə hazırlaşır.

"Qaranlıq rejim" işə salındıqda tətbiqin rəng sxemi dəyişir - arxa plan qara olur və mətn ağ görünür.

Hazırda yenilik yalnız "beta" versiyada mövcuddur.

Gülnar Qafarlı

WhatsApp