"WhatsApp" messencerində ani media ismarıcları göndərməyə imkan verəcək "Expiring Media" adlı funksiya meydana gəlib. Bu barədə "WeBetaInfo" məlumat verir.

Open.az "WeBetaInfo" mənbəsinə istinadən xəbər verir ki, funksiya sayəsində göndərilən istənilən şəkil, video və ya animasiya istifadəçi tərəfindən oxunulduqda və ya çatı tərk etdikdə silinəcək.

Qeyd edək ki, silinən ismarıclar qrafik xüsusiyyətlərinə görə adilərdən fərqlənəcəklər. Məhz bu üsulla istifadəçilər həm hansı növ ismarıcdan istifadə etmiş olduğunu anlamış, həm də ani formatda şəxsi məlumatlarının ələ keçməyəcəyindən mühafizə olunacaqlar.

Funksiya, Android platforması üzərindən çalışan smartfonlar üçün tətbiqin beta versiyasında mövcuddur. Bir müddət sonra isə yenilik əsas yenilənmə ilə birgə təqdim olunacaq.