“WhatsApp”ın fəaliyyətində nasazlıq müşahidə edilir.

Open.az xəbər verir ki, sosial şəbəkənin işində problemlər bir sıra ölkələrdə, o cümlədən ABŞ-da, Niderlandda da müşahidə edilir.

Qeyd edək ki, sosial şəbəkədə yaranmış problemlə bağlı müxtəlif şayiələr yayılıb. Bəziləri bunun yalnız Azərbaycanda müşahidə edildiyini, guya təxribat xarakter daşıdığını bildirir. Lakin əslində belə deyil. Qeyd etdiyimiz kimi, sosial şəbəkədəki bu problem dünyanın bəzi ölkələrində müşahidə edilir.