Populyar sosial şəbəkə "WhatsApp" milyardlarla insan tərəfindən istifadə edilən tətbiqdə yeni bir dəyişikliyə imza atmağa hazırlaşır.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, "WhatsApp"da bu dəfə istifadəçilərin çox istifadə etdiyi yazışmanı "screen" edə bilmək mümkün olmayacaq.

Sözügedən yenilik barədə şirkətdən hələ rəsmi bir açıqlama verilməyib.

Son zamanlar şəxsi təhlükəsizlik məsələsində bir sıra addımlar atan və şifrələmə sistemini həyata keçirən şirkət bunun sayəsində iki nəfər arasındakı danışıqların da gizli qalması üçün ilkə imza atmış olacaq.

Gülnar Qafarlı