Populyar mesajlaşma tətbiqi "WhatsApp" növbəti yeniliyini təqdim edib.

Open.az "CNN"ə istinadən xəbər verir ki, “WhatsApp”da istifadəçinin barmaq izi ilə qorunması funksiyası istifadəyə verilib.

Artıq barmaq izini verməyən tətbiqə daxil ola bilməyəcək. Beləliklə, telefonun ekran kilidini açsanız da "WhatsApp"a daxil olmaq üçün ayrıca barmaq izi vermək məcburiyyətində qalacaqsınız.

Sözügedən funksiya messencerin "Gizlilik" ayarları bölməsində yer alıb.

Gülnar Qafarlı