"Viber" təchizatçıları messencerin yeri versiyasını təqdim edib.

Open.az xəbər verir ki, tətbiq 12.6 nömrəsi altında istifadəçilərə təhvil verilib. Təchizatçılar, messencerin yeniliklərinin çox olmasa da, lazımlı olduqlarını bildiriblər. "Android" cihaz istifadəçiləri üçün video editor əlavə olunub. Bu əlavədən sonra istifadəçi videonun müəyyən bir hissəsini yenilik vasitəsi ilə çıxarıb, həmsöhbətinə göndərə biləcək.

"iOS" istifadəçiləri də təchizatçıların nəzərindən yayınmayıb. Belə ki, onların uzun müddət gözlədiyi yenilik əlavə olunub. Sözügedən yenilik sayəsində, tətbiqin yarlığını uzun müddət saxlamaqla dərhal çat və video-zənglərə icazə əldə edilib.
Qeyd edək ki, "Viber" messencerinin yeni versiyasını "Google Play" və "App Store" vasitəsi ilə yükləmək mümkündür.

Günel Gözəlova