Bir müddətdir ki, ABŞ "TikTok" və "WeChat"a qarşı qadağalar tətbiq edib, satın alınması ilə bağlı qərarlar irəli sürsə də son nəticə bu gün açıqlanıb.

Open.az saytı "Reuters" agentliyinə istinadən xəbər verir ki, 20 sentyabr tarixindən ABŞ ərazisində hər iki Çin istehsalı olan servislərin endirilməsi qadağan edilib.

ABŞ, bu addımı "milli təhlükəsizlik" naminə atdığını bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp tətbiq edilən qadağanı 20 sentyabr tarixinə qədər ləğv edə bilər.