"TikTok" şirkəti ABŞ-ın prezidenti Donald Tramp administrasiyasına qarşı irəli sürdüyü məhkəmə iddiası ilə əlaqədar bir sıra sənədlər təqdim edib.

Open.az xəbər verir ki, "TikTok" ilk dəfə günlük və aylıq auditoriyasının sayını açıqlayıb.

"TikTok" servisinin istifadəçilərinin sayı ABŞ üzrə :

  • Yanvar 2018: 11,3 mln istifadəçi.
  • Fevral 2019: 26,7 mln istifadəçi.
  • Oktyabr 2019: 39,9 mln istifadəçi.
  • İyun 2020: 91,9 mln istifadəçi.

"TikTok" servisinin istifadəçilərinin sayı dünya üzrə :

  • Yanvar 2018: 54,8 mln istifadəçi.
  • Dekabr 2018: 271,2 mln istifadəçi.
  • Dekabr 2019: 507,6 mln istifadəçi.
  • İyul 2020: 689,2 mln istifadəçi.

Beləliklə, "TikTok" servisinin 2018-ci ildən etibarən ABŞ üzrə auditoriyası 11-dən 100 milyona qədər, gündəlik isə 50 milyon aktiv istifadəçiyə qədər artıb.

Dünya üzrə isə servis, 2018-ci ilin yanvar ayında 55 milyon, 2018-ci ilin dekabrı üçün isə bu göstərici tam 271 milyon istifadəçi cəlb edə bilmişdir. Lakin bu hələ son deyil, 2019-cu il üçün "TikTok" 507 milyon, 2020-ci ildə isə "Facebook" a meydan oxuyacaq 2 milyarddan yüksək rəqəmi aşa bildi. Servisin dünya üzrə gündəlik aktiv istifadəçi sayı isə 700 milyona bərbərdir.