Dünya brendlərinin yer aldığı illik "BrandZ" reytinqi dərc edilib. Qeyd edək ki, siyahı koronavirus pandemiyasının qeydi ilə hazırlanıb. Siyahının birinci pilləsində ümumi varidatını 315 milyard ABŞ dollarından 415 milyarda qədər artıra bilən "Amazon" şirkəti qərarlaşıb.

CNBC agentliyinin məlumatına əsasən ən effektiv dinamika pandemiya dövründə istifadəçilərinin həyatını yüngülləşdirən brendlərə aiddir.

Open.az xəbər verir ki, siyahıda mütəmadi olaraq adı çəkilən şirkətlər ilə yanaşı 5 yeni brend: "UnitedHealthcare", "Bank of China", "Lancome", "Pepsi" və "TikTok" yer almağı bacarıb. Sonuncu isə "KFC", "Uber" və "Adidas" kimi nəhəngləri geridə qoyaraq 79-cu pillədə qərarlaşa bilib.

Günel Gözəlova