"Huawei" brendi artıq 2021-ci ildə, smartfonları özünəməxsus olan "HarmonyOS" əməliyyat sisteminin təchizatı ilə təqdim edəcək.

Open.az xəbər verir ki, sözügedən sistemin bacarıqları indiki "Android" sisteminin 70-80%-ni təşkil edərək, inkişaf etməkdə davam edir.

Qeyd edək ki, sözügedən yeni sistem "HarmonyOS", "Huawei" markasına məxsus smartfonlardan başqa; smart-saat, fitnes-trekerlərdən və digər cihazlarda istifadəyə bu il ərzində veriləcək.