25 iyun tarixində Rusiya raket-kosmik korporasiyası "Energiya" və Amerikanın "Space Adventures" şirkəti açıq kosmosa turistlərin daşınılması ilə bağlı saziş imzalayıblar.

Open.az xəbər verir ki, ekspedisiya iki nəfər üçün təşkil ediləcək. 2023-cü ildə "Союз МС" gəmisi vasitəsi ilə turistlər Rusiya seqmentinə aid "Beynəlxalq Kosmik Stansiyaya" çatdırılacaqlar. İmzalanan sazişə əsasən turistlərdən biri rusiyalı kosmonavt ilə birgə açıq kosmosa çıxmaq imkanı qazanacaq.

Qeyd edək ki, sözügedən ekspedisiyada iştirak üçün ödəniş haqqı və turistlərin adı barəsində məlumat verilmir. Bundan əlavə, Rusiya raket-kosmik korporasiyası "Energiya" və Amerikanın "Space Adventures" şirkətinin birgə təşkilatçılığı ilə bu tip kommersiya uçuşları 2001-2009-cu illərdə belə həyata keçirilib.

Günel Gözəlova