"Microsoft" şirkəti "TikTok" servisinin tam və ya bir hissəsinin alınması üçün növbəti 3 həftə ərzində saziş imzalayacaq.

Open.az xəbər verir ki, sözügedən sazişin dəyərinin 10-30 milyard ABŞ dolları civarında qərarlaşdığı bildirilir.

Beləliklə də, bu addımla ABŞ tərəfindən çinli "TikTok" servisinin 15 sentyabr tarixində qadağası müəyyən qədər aradan qalxacaq.

Texnologiya nəhəngi "Microsoft", "TikTok" servisini əldə etdikdən sonra bir il müddətində platformanın işini təmin edən sistemləri ABŞ ərazisinə keçirmək üçün müvafiq icazələr əldə edəcək.