"Tesla" şirkəti, uzun müddət alıcılara müəyyən rəngli avtomobilləri təklif edirdisə, tezliklə bu vəziyyət dəyişəcək.

Open.az xəbər verir ki, amerikalı avtomobil istehsalçısı, "Color Change Car Wrap" servisini təqdim etməyi planlaşdırır. Sözügedən servis vasitəsi ilə istifadəçilər gələcək avtomobillərini istədikləri rəngə boyamaq imkanı əldə edəcəklər.

Yenilik barəsində "Tesla" şirkətinin çinli bölməsi "Weibo" adlı sosial şəbəkədə məlumat verib.

Şirkət hətta "Model X" avtomobilinin sarı rəngli görüntüsünü belə şəbəkədə paylaşıb.

Tətbiqin avqust ayının ortasında Çində istifadəçilər üçün əlçatan olacağı bildirilir. Əfsuslar olsun ki, servis ilə bağlı digər məlumatlar hələ də paylaşılmır.