"Facebook" korporasiyasının təsisçisi Mark Zukerberg, texno-blogger Markus Braunliyə verdiyi müsahibə zamanı smartfon bazarında "Samsung" brendini bəyəndiyini bildirib.

Open.az xəbər verir ki, texnologiya nəhənginin təsisçisi son illər ərzində yalnız "Samsung" brendinə məxsus cihazlardan istifadə etdiyini qeyd edib. Favorit modeli vurğulamasa da, milyarder mobil cihazlarda məhz "Android" əməliyyat sisteminə üstünlük verdiyini deyib.

Milyarder top-menecerlərə sənayenin digər iştirakçılarına fikir verməyərək, "alma" platformasından daha çox fayda gətirə biləcək "Android"in xeyrinə seçim etməyi tövsiyyə edib.