Tanınmış insayder Evan Blass, "Patreon" saytında "LG Wing" modelinin realistik görüntüsünü paylaşıb.

Şəkildə, modelin iki rəngdə və ən maraqlısı "T" formasında iki displey ilə təmin olunduğu görünür.

Open.az xəbər verir ki, modelin əsas displeyi hər hansı çıxıntısız olub, 6.8 düym ölçüsündədir. İkinci displey isə ümumi 4 düym olacaq.

İnsayderin məlumatına əsasən qeyri-adi dizayna malik "LG Wing": LED-işığın üzərində yerləşdirilən 3 ədəd kamera ötürücüsü, "Qualcomm Snapdragon 765G" və ya "Snapdragon 768G" çipi, 8 və 12 GB həcmində ikili yaddaş ilə təchiz ediləcək. Modelin start satış qiyməti isə 900 ABŞ dolları dəyərində olacaq.

"LG Wing", 14 sentyabr tarixində təqdim ediləcək.