Titandan hazırlanan "DUNU DM-480" qulaqcıqları maraqlı dizayn və 3D-printerdə çap edilən korpus ilə öyünə bilər.

Open.az xəbər verir ki, "DUNU DM-480" qulaqcıqları 1.2 metr uzunluqlu oksigensiz mis naqillər ilə birlikdə təqdim edilir.

Naqilin bir ucunda adəti üzrə mini-cek, digərində isə naqillərə qoşulacaq xüsusi konnektor birləşdirilib.

"DUNU DM-480" AliExpress-də iki rəngdə 70 ABŞ dolları məbləğində təklif edilir.