18 avqust 2020-ci il, tarixində "Falcon 9" raketi yenidən kosmosa buraxılıb. "SpaceX" şirkəti artıq sayca altıncı dəfə missiyanın öhdəsindən uğurla gəlib.

Open.az saytı şirkətə istinadən bildirir ki, bu dəfə orbitə 58 ədəd "Starlink" cihazları ilə yanaşı " SmallSat Rideshare Program" proqramı çərçivəsində "Planet Labs" üçün nəzərdə tutulan SkySat-19, -20 və -21 peykləri belə göndərilib.

Qeyd edək ki, hal-hazırda orbitdə "Starlink"ə məxsus 600 ədəd cihaz,"SpaceX" şirkətinin internet zəncirinə qoşulub.

Şirkət iddia edir ki, sözügedən peyk şəbəkəsi sayəsində internet istənilən ərazidə həm sərfəli, həm də əlçatan olacaq.