"SpaceX" şirkəti 15 mart tarixində uçuşu təxirə salınan "Falcon 9," raket-dayışıcısını "Starlink-ə" məxsus 60 peyk ilə birgə orbitə buraxıb.

Open.az xəbər verir ki, uçuş baş tutduqdan 15 dəqiqə sonra, 290 km hündürlüyündə raket hər biri 260 kq olan, "Starlink" qlobal internet peyklərini orbitə çıxarmağa nail olub.

Peyklərin iş qabiliyyəti sınaqdan keçdikdən sonra, onlar sərbəst şəkildə ion mühərriklərini istifadə edərək 550 km hündürlüyə qalxacaqlar.

Qeyd edək ki, "Falcon-9" bu gün daxil olmaqla orbitə 6 dəfə peyk buraxıb. "SpaceX" şirkəti il ərzində oritə tam 1500 peyk çıxarmaq niyyətindədir.