"Sony" şirkəti, təchizatçılar üçün xüsusi olaraq "PlayStation 5" konsolunun təqdimatını keçirib.

Open.az xəbər verir ki, təqdimat zamanı yeni məhsulun üstünlükləri barəsində məlumat verilib.
Şirkət "PlayStation 5" üçün "SSD" təchizatını əlavə edib. Sözügedən bu yenilik, video-oyun istehsalçılarına oyunçulardan geo-lokasiya məlumatlarını gizlətmələrini əngəlləyəcək. Ən əsası isə məhz "SSD" sayəsində "PlayStation 4-ə" nisbətən oyunların mərhələləri daha sürətli şəkildə yüklənəcək.

Oyunların özlərinə gələndə isə Sony təkcə mükəmməl qrafika deyil, eyni zamanda şüaların düzgün şəkildə əks etdirilməsini də, nəzərə alacaq. Bir sözlə "Sony" şirkəti "PlayStation 5" konsolunun təqdim edildiyi an, istifadəçilərə yüzdən çox "səkkizinci nəsil" oyunlarını təhvil verəcəyinə söz verib.